Mobil telefon

Oppo R7 və R7 Plus göstərildi

23 May 2015 21:15
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Oppo şirkəti qabaqcıl Oppo R7 və R7 Plus smartfonlarını elan edib.

Hər iki qurğu 1,5 QHs takt tezlikli səkkiznüvəli 64 bit prosessor, 3 QB əməli yaddaş və iki kamera (13 meqapiksellik əsas və 8 meqapiksellik ön) ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Oppo R7 Plus cihazına quraşdırılmış əsas kamerada ikiqat işıq diodu işıqlandırıcısı və lazer avtofokusu tətbiq edilir, halbuki Oppo R7 smartfonuna bir işıq diodu işıqlandırıcısı quraşdırılıb.

Smartfonlar arasında fərq aşağıdakılardır: Oppo R7 qurğusunda ekranın ölçüsü 5 düym, plus versiyasında 6 düymdür. Hər iki qurğuda ekranın təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edir. Oppo R7-də daxili yaddaşın tutumu 16 QB, Plus versiyasında 32 QB-dır. Plus versiyasında akkumulyator batareyasının tutumu 4100, adi versiyada 2320 milliamper/saat təşkil edir. Smartfonlar ColorOS 2.1 interfeysinə malik Android Lollipop 5.1 mobil əməliyyat sistemi ilə işləyir.

Çində qabaqcıl smartfonların satışına başlanılıb. Oppo R7 qurğusunun qiyməti təxminən 400 dollar, Oppo R7 Plus isə 480 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.