Mobil telefon

Nokia daha bir şirkət aldı

16 Aprel 2015 23:45
0 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Finlandiyanın Nokia şirkəti 15.6 milyard avro məbləğinə Fransa-ABŞ şirkəti Alcatel-Lucenti satın alıb.

Sözügedən razılaşma 2016-cı ilin birinci yarısında bağlanacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Nokianın nümayəndəsi Alcatel şirkətində planlaşdırılandan artıq iş yeri ixtisar edilməyəcəyinə söz verib. Alcatel şirkətinin Fransada yerləşən bölməsində təxminən 6 000 əməkdaş işləyir.

Bu satınalma Nokia şirkətinə rabitə şəbəkələri üçün dünyanın ən böyük avadanlıq təchizatçılarından biri olmağa və İsveçin Ericsson və Çinin Huawei şirkətləri ilə rəqabət aparmağa imkan verəcək. Bundan sonra birləşmiş şirkət Nokia Corporation adlandırılacaq. Alcatel-Lucentin üç nümayəndəsi birləşmiş şirkətin direktorlar şurasında təmsil olunacaq.

Alcatel-Lucent şirkətinin bazar kapitallaşması təxminən 11,6 milyard dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.