Mobil telefon

Android üçün "Hello" istifadəyə verildi

25 Aprel 2015 21:14
1 Şərh     Baxış: 2 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Facebook şirkəti Android əməliyyat sistemi üçün alternativ Hello nömrəyığma əlavəsini istifadəyə verib.

Yeni əlavə sosial şəbəkə ilə sıx şəkildə bağlıdır. Belə ki, Facebook hesabından daxil olan istifadəçi dostunun telefon nömrəsi qurğunun kontaktlar siyahısında olmasa belə ona zəng edə biləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Facebook Hello mobil qoşulma olmadan zəng etməyə imkan verməklə yanaşı, Messenger vasitəsilə yazışmağa imkan verir. Həmçinin kimin sizə zəng etdiyini görmək (abunəçinin adı ünvan kitabçasında olmayanda da görünür), arzuolunmaz zəngləri avtomatik bloklamaq, digər əlavəyə keçmədən sosial şəbəkədə adamlar və yerlər axtarmaq mümkündür. Hello - Caller ID & Blocking əlavəsini Google Play əlavələr mağazasından yükləmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.