Mobil telefon

iPhone-un 3 yeni modeli gəlir - FOTO

27 Mart 2015 10:23
0 Şərh     Baxış: 3 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Apple korporasiyası iPhone smartfonunun 3 yeni modelini hazırlayır.

Bu modellər iPhone 6C, iPhone 6 Plus və iPhone 6S olacaqlar.
 

Milli.Az DigiTimes-a istinadən bildirir ki, smartfonların yeni modellərinin hamısı LTPS displeylərlə təmin ediləcək.

iPhone 6S Plus və iPhone 6C smartfonları üçün dispeylərlər Japan Display, Sharp and LG Display şirkətləri, iPhone 6S üçünsə Japan Display və LG şirkətləri tərəfindən hazırlanacaq.
 

Smartfonların hamısının displeylərində Corning Gorilla Glass şüşələrindən istifadə ediləcək.

iPhone 6 S-də A9, iPhone 6C-də isə A8 çipsetləri olacaq.
 

Smartfonların istisnasız olaraq hamısı NFC və barmaq izlərinin sensor skaneri texnologiyası ilə təchiz ediləcək.

iPhone 6C smartfonu Çindəki Foxconn Electronics (Hon Hai Precision Industry), iPhone 6 S isə Pegatron şrkətində istehsal olunacaq.
 

iPhone smartfonlarının üç yeni modeli sentyabr ayında təqdim ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.