Mobil telefon

WhatsApp-da yenilik

26 Mart 2015 14:37
6 Şərh     Baxış: 12 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq "iPhone" istifadəçiləri də WhatsApp-ın veb versiyasından istifadə edəcək

Artıq "iPhone" istifadəçiləri də məşhur mesajlaşma proqramı WhatsApp-ın veb versiyasından istifadə edə biləcək.

Anspress-in məlumatına görə, bunun üçün "iPhone" istifadəçiləri bir sıra qaydaları yerinə yetirməlidir. Belə ki, telefonuna bu veb versiyanı yükləmək istəyən "iPhone" istifadəçiləri cihazın sistemini sındıran proqramı mobil telefona yükləməlidir. "Jailbreak" adlanan bu sistem vasitəsi ilə "Apple" şirkətinin platformaya qoyduğu qadağa aradan qaldırılır.

Hələlik yalnız iOS 8.1.2 versiyasını dəstəkləyən "Jailbreak"i internetdən yükləmək lazımdır. Daha sonra həmin proqramı mobil cihaza quraşdırmalısınız. Ancaq bu proqram telefonunuzun sistemini zədələyə bilər. Belə bir ehtimalı nəzərə alan şəxslər aşağıdakı əməliyyatları yerinə yetirməlidir:

1. WhatsApp-ın ən son versiyasını App Store-dan yükləyin.

2. "Jailbreak"li "iPhone" cihazınızdan "Cydia" proqramını açın. Həmin proqramın axtarış hissəsinə "WhatsApp Web Enabler" yazın və qarşınıza çıxan proqramı yükləyin.

3. "WhatsApp Web Enabler" proqramını telefonda qurduqdan sonra əsas menyuda olan Parametrlər hissəsinə daxil olun və onu aktivləşdirin.



4. WhatsApp proqramını açın. WhatsApp tətbiqinin parametrlər hissəsindəki "WhatsApp Web"-ə basın və gözləyin.

5. Kompüterdə "Chrome", "FireFox", və ya "Opera" brauzeri açın və web.whatsapp.com ünvanına daxil olun.

6. WhatsApp-ın veb versiyasında olan QR kodunu "iPhone"la əlaqələndirin.

Bu əməliyyatlar yerinə yetirildikdən sonra siz "iPhone"da WhatsApp-ın veb versiyasından istifadə edə biləcəksiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.