Mobil telefon

iFon iPhone-u yasaqlamaq istəyir

4 Mart 2015 18:58
0 Şərh     Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ucuz iFon telefonlarının buraxılışı üzrə ixtisaslaşmış Hindistanın iVoice Enterprises şirkəti ölkə ərazisində iPhone satışını qadağan etmək qərarına gəlib. Şirkət Çin və Tayvanda öz qurğularının istehsalına başlamaq niyyətində olub, ancaq investorlar Appleın Hindistana gəlişindən sonra bu layihəyə sərmayə qoymaqdan imtina ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iVoice Enterprises şirkəti 2007-ci ildə təsis edilib. 2008-ci ildə ABŞ korporasiyası Hindistanın Ticarət Markaları Reyestri ünvanına iFon markasını silmək xahişi ilə bağlı ərizə təqdim edib, çünki iFon markasının səslənməsi iPhone ilə çox oxşardır. Bundan sonra investor və tərəfdaşlar iVoice Enterprises şirkətini dəstəkləməkdən imtina ediblər və layihənin maliyyələşdirilməsini dayandırıblar.

Biz hər kəs üçün əlçatan mobil telefonu buraxmaq istəyirdik, buna görə India Phone (iFon) seçilib - şirkətin direktoru deyib. O bildirib ki, ticarət markasının qeydiyyatı üçün sorğu hələ 2007-ci ildə (Apple aparatlarının elanından əvvəl) verilib.

2010-cu ildə Hindistan şirkəti iPhone ticarət markasının Reyestrdən çıxarılması haqda qarşılıqlı iddia qaldırıb və 2013-cü ildə ticarət markalarının qeydiyyatı üçün ərizələrin verilməsi tarixinin təyini üçün rəsmi proseduru keçirməyi xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.