Mobil telefon

Smartfon bazarında lider dəyişdi

4 Mart 2015 19:16
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gartner tədqiqat şirkəti qlobal smartfon bazarına yekun vurub. Ekspertlər satış rekordu və liderin dəyişməsini qeyd ediblər.

2014-cü ilin dördüncü rübü üzrə qiymətləndirməyəəsasən, ağıllı telefonların qlobal satış həcmi 367,5 milyon təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 29,9 faiz daha yüksəkdir. 2014-cü ilin nəticəsinə görə, 1,2 milyard telefon satılıb ki, bu da 2013-cü illə müqayisədə 28,4 faiz daha yüksəkdir. Mobil telefon satışının 66 faizi smartfonların payına düşüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Gartner analitik şirkəti sahə üzrə liderin dəyişməsini qeyd edib. 2011-ci ildən etibarən Samsung ən böyük smartfonsatıcısı idi, amma 2014-cü ilin on rübündə Apple korporasiyası liderliyi ələ keçirib. Sonuncu 74,8 milyon iPhone smartfonu satıb. Samsung şirkətində bu göstərici 73 milyon olub.

Gartnerin analitiki AnşulQupta bildirib ki, Samsungun bazar payının 10 faiz azalması Cənubi Koreya şirkətinin bahalı modellərinin satışında çətinlik yaşadığını göstərir. Bahalı modellər seqmentində Apple liderdir, Çin şirkətləri isə keyfiyyətli elektron içliklə təchiz edilmiş ucuz qurğular təklif edir - Gartnerin tədqiqatlar üzrə direktoru RobertKozzadeyib.

2014-cü ilin nəticəsinə görə, Samsung şirkəti 307,6 milyon qurğu satmaqla smartfon seqmentində lider olaraq qalıb.

Liderlər üçlüyünə, həmçininLenovo daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.