Mobil telefon

Hansı platforma liderdir?

4 Mart 2015 22:47
0 Şərh     Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABI Research analitik şirkətinin məlumatına əsasən, 2014-cü ildə Android mobil platforması ağıllı qurğular üçün əməliyyat sistemləri bazarında lider platforma olub.

Ekspertlər noutbuk, ağıllı avtomobilləri, kompüterləşdirilmiş eynək və saatları, smartfon, planşetlər və ultrabukları ağıllı qurğular kateqoriyasına aid edirlər.

Mütəxəssislər qeyd edirlər ki, smartfon və planşetlərin sayəsində Android platformasının mövqeyi güclənib və bazar payı 53 faizə çatıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla belə, analitiklər bildiriblər ki, rəqabətin artımı ilə əlaqədar gələcəkdə Android mobil əməliyyat sisteminin bazar payının artımında çətinliklər ola bilər. Gözləntilərə görə, cari beşillikdə (2014-2019) Android platformasının orta illik artım göstəricisi 10 faiz olacaq. Artım tempinin zəifləməsi onunla izah olunur ki, Android ilə işləyən qurğuların istehsalından əldə olunan gəlirin azalmasını dərk edən aparıcı istehsalçılar yeni əməliyyat sistemini yoxlamağa çalışırlar.

Ekspertlər indi istifadəçilərə təklif edilən alternativ platformalar arasında Chrome OS və Firefox OS mobil platformalarını nümunə gətiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.