Mobil telefon

Microsoft-dan yeni smartfonlar

4 Mart 2015 20:38
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Barselonada keçirilən Mobile World Congress sərgisində Microsoft korporasiyası Lumia 640 və Lumia 640 XL smartfonlarını nümayiş etdirib.

Milli.Az ICTnews-aistinadən bildirir ki, Lumia 640 smartfonu 720p təsvir ölçülü 5 düymlük IPS ekrana, piksellərin sıxlığı 294 ppi təşkil edir və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə örtülüb. Smartfon 1,2 QHs tajt tezlikli dördnüvəli Snapdragon 400 prossesoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə QB-dır. MicroSD yaddaş kartının köməyi ilə daxili yaddaşı 128 QB-dək artırmaq olar. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir və selfi üçün 1 meqapiksellik ön kamera quraşdırılıb.

Lumia 640 XL modeli 720p təsvir ölçülü (259 ppi) və Gorilla Glass 3 qoruyucu şüşəsinə malik 5,7 düymlük ekrana malikdir. Smartfon 1.2 QHs takt tezlikli dördnüvəli Snapdragon 400 prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla (128 QB-dək artırmaq mümkündür) təchiz edilib.

Lumia 640 XL modeli Zeiss f/2.0 linzası və 13 meqapiksellik təsvir ötürücüsünə malik əsas kamera ilə təchiz edilib. Selfi üçün kamera 5 meqapiksellik sensorla təchiz edilib. Hər iki kamera 1080p formatında video çəkə bilir.

Lumia 640 XL modeli 3G (189 avro) və 4G (219 avro) versiyaları üzrə artıq cari ay satışa çıxarılacaq. Lumia 640 smartfonu isə apreldə 3G (139 avro) və 4G (159 avro) versiyaları üzrə əlçatan olacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.