Mobil telefon

Sürət 1 TB/san-dək artırılıb

1 Mart 2015 20:39
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyanın Surrey Universitetinin tədqiqatçılar qrupu simsiz şəbəkələr üçün məlumatların ötürülməsi üzrə rekord göstəriciyə nail olub. 5G rabitə standartı üzərində işləyən tədqiqatçılar 1 TB/san (və ya 125 QB/san) sürətinə nail olublar ki, bu da 3 saniyə ərzində 100 film yükləməyə imkan verir. 

Beləliklə, ötən ilin oktyabrında Samsung şirkətinin əvvəlki rekordu yenilənib. O zaman Cənubi Koreya şirkəti Wi-Fi texnologiyasını təkmilləşdirib ki, bu da məlumatları 575 MB/san sürətlə ötürməyə imkan verib. Yəni Britaniya istehsalçılarının indiki nailiyyəti Samsungun göstəricisini 200 dəfədən çox, 4G rabitə şəbəkələrində məlumatların ötürülməsinin orta sürətini 65 min dəfə ötüb. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, 5G rabitə şəbəkələrinin kommersiya istismarı 2020-ci ilə proqnozlaşdırılır. Amma Surrey Universitetinin alimləri artıq 2018-ci ildən ictimai yerlərdə sözügedən texnologiyanın sınaqlarına başlamaq istəyirlər. Yeni standartın tətbiqi, məsələn, bir saniyə ərzində 30 film yükləməyə imkan verəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.