Mobil telefon

iPhone və iPad satışlarının yasaqlanması istənilir

1 Mart 2015 23:20
0 Şərh     Baxış: 1 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın nəhəng telekommunikasiya avadanlığı istehsalçısı Ericsson şirkəti ABŞ məhkəməsində Apple şirkətinə qarşı yeddi yeni iddia qaldırıb, həmçinin ABŞ Beynəlxalq Ticarət Komissiyasına (ITC) müraciət edərək ondan Apple məhsullarının ABŞ bazarında satışının qadağan olunmasını tələb edib.

Ümumilikdə İsveç şirkəti ABŞ istehsalçısını mobil qurğularda ona məxsus simsiz rabitə üzrə əsas texnologiyalara, eləcə də informasiyanın mobil qurğunun ekranında göstərilməsi, enerji sərfiyyatının azaldılması və mobil əməliyyat sisteminin iş prinsipi üsullarına aid 41 patentin pozulmasında təqsirli bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mübahisə predmeti olan simsiz rabitə texnologiyaları 2G və 4G (LTE) şəbəkələri ilə əlaqədardır. Bu halda yalnız bir patent hüququ Standard-Essential Patent (SEP) tipinə aiddir. Belə patentlər istifadəsi texniki standartlara əməl etmək üçün lazım olan texnologiyaları əhatə edir.

Ericsson iddianı Appleın qeyd olunan texnologiyaların lisenziyalaşdırılması üçün 2015-ci ilin yanvarın sonunda başa çatmış sazişin müddətini uzatmaqdan imtina etdikdən sonra qaldırıb.

Ericsson nümayəndələri iPhone və iPad istehsalçısı tərəfindən patentlər üçün ödənilən məbləğ barədə məlumat verməsələr də, sazişin uzadılması ilə bağlı danışıqların iki il davam etməsini qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.