Mobil telefon

Ödəniş üçün mobil telefonlar seçilir

1 Mart 2015 22:35
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyada internetdə ödənişlər üçün mobil telefonlardan istifadə artıb. 2015-ci ildə britaniyalıların mobil telefonlar vasitəsilə daha çox alış-veriş edəcəkləri gözlənilir.

Belə ki, smartfon və ya planşetlə həyata keçirilən alış-verişin payı internet satışlarının ümumi sayı ilə müqayisədə 28,6 faizə bərabər olacaq. Bu barədə RetailMeNot şirkəti tərəfindən aparılan tədqiqatda deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Böyük Britaniya Avropanın ən böyük mobil ticarət bazarı olaraq qalır. 2015-ci ildə mobil qurğular vasitəsilə satış həcminin 14,95 milyard funt-sterlinq və ya hər yarım saatda 1 milyon funt-sterlinq, hər saniyədə isə 474 funt-sterlinq təşkil edəcəyi proqnozlaşdırılır.

Avropada bütün mobil satışların 39,4 faizi Britaniyanın payına düşür. Bununla belə, ölkə mobil ticarət həcminin bu il 57,7 milyard funt-sterlinqə çatacağı ABŞ-dan geri qalır.

Britaniyada mobil kommersiya bazarının həcmi Avropanın ən böyük bazarları hesab edilən Almaniyadan (12,4 milyard funt-sterlinq) 21 faiz, Fransadan (5,9 milyard funt-sterlinq) 152,5 faiz böyükdür. Bundan əlavə, britaniyalılar mobil telefondan ödənişləri polşalılara nisbətdə 25 dəfə daha çox edirlər.

2015-ci ildə Avropada smartfonlar vasitəsilə həyata keçirilən alış-verişin daha çox olacağı, satış həcminin 88,8 faiz artacağı gözlənilir.

Tədqiqatımız göstərir ki, mobil telefon onlayn ticarətin vacib ayrılmaz hissəsidir, - tədqiqatda qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.