Mobil telefon

LTE 3G-ni keçir

1 Mart 2015 23:31
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ilin dördüncü rübündə qlobal LTE abunəçilərinin xalis artımı ilk dəfə yeni 3G şəbəkəsi istifadəçilərinin sayını ötüb.

Bu barədə Ericsson şirkətinin hesabatında deyilir. İsveç istehsalçısının hesabatına əsasən, LTE abunəçilərinin sayı 31 dekabr 2014-cü ilədək 110 milyon artaraq 500 milyona çatıb. Bu, 65 milyon artan WCDMA/HSPA abunəçilərinin analoji göstəricisini üstələyir. Bununla yanaşı, 2G-only abunəçilərinin sayı 65 milyon azalıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Ericssonun proqnozuna görə, 2020-ci ilin sonunadək dünyada LTE abunəçilərinin sayı 3,1 milyardadək, HSPA bağlantılarının sayı 2,3 milyardadək artacaq. Gözlənilir ki, 2015-2020-ci illərdə LTE abunəçilərinin 60 faizi Asiya-Sakit okean regionundan qoşulacaq, qalan 40 faiz dünyanın digər ölkələri arasında bərabər bölünəcək.

Qeyd olunur ki, Asiya-Sakit okean regionu 2020-ci ilədək smartfon məlumat trafikinin 50 faizini generasiya edəcək. Həmçinin bir abunəçi üçün mobil məlumatlardan aylıq istifadə 3,2 giqabayt təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 6, Qərbi Avropada 6,5 giqabayta bərabər olacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.