Mobil telefon

Apple-in rəhbəri kanslerlə görüşdü

28 Fevral 2015 22:59
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Apple şirkətinin baş direktoru Tim Kuk Berlinə rəsmi səfəri çərçivəsində Almaniya federal kansleri Angela Merkel ilə görüşüb. Danışıqların əsas mövzusu internet təhlükəsizliyi, şəbəkə neytrallığı, təhsil və ətraf mühitin mühafizəsi məsələləri olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, T.Kuk BILD qəzetinə müsahibədə Almaniyada ilk dəfə olduğunu bildirərək yerli hakimiyyətin fərdi məlumatların mühafizəsinə əməl olunması üçün səylərini bölüşdüyünü qeyd edib. Onun sözlərinə görə, o da məxfilik məsələsində almanlar kimi düşünür.

Fevralın əvvəlində Ağ Evdə keçirilən sammitdə şirkət baş direktoru hamının şəxsi həyat hüququna malik olmasını bəyan edərək xəbərdar edib ki, məxfilik və istifadəçilərin təhlükəsizliyi arasında düzgün balansa riayət etməkdən imtina ciddi nəticələrə səbəb olacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.