Mobil telefon

Smartfonlar üçün 4K ekran göstərildi

15 Aprel 2015 05:44
0 Şərh     Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2015-ci ildə 2K təsvir ölçülü ekranlarla təchiz edilmiş bir neçə qabaqcıl smartfon təqdim edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiyanın Sharp şirkəti isə mobil qurğular üçün ilk 4K panelini təqdim edib. Bu panelin ölçüsü 5,5 düym təşkil edir və IGZO texnologiyasına əsaslanır. Ekranın təsvir ölçüsü 3840x2160 piksel, piksellərin sıxlığı isə 806 ppi təşkil edir.

Müqayisə üçün, iPhone 6 Plus smartfonunda müvafiq göstərici 401 ppi təşkil edir: alma şirkətinin 5,5 düymlük ekranı 1920x1080 nöqtə təsvir ölçüsünü dəstəkləyir.

Sharp şirkəti 2016-cı ildə mobil 4K panellərin kütləvi istehsalına başlamağı planlaşdırır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.