Mobil telefon

Samsung ucuz Galaxy J1 göstərdi

30 Yanvar 2015 18:33
0 Şərh     Baxış: 5 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Samsung şirkəti öz yeni ucuz J istehsal xəttindən ilk smartfonunu nümayiş etdirib. Galaxy J1 smartfonu 800x480 piksel təsvir ölçülü 4.3 düymlük ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əməli yaddaşın həcmi 512 MB, daxili yaddaş 4 QB təşkil edir. Wi-Fi Direct dəstəkli Wi-Fi b/g/n, Bluetooth 4.0 və GPS+GLONASS simsiz modulları mövcuddur.

Əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir, ön kamera 2 meqapiksellik təsvir ötürücüsünə malikdir. Akkumulyator batareyasının tutumu 1850 milliamper/saatdır, 10 saatadək danışıq mümkündür, Ultra Power Saving enerjiyə qənaət rejimi tətbiq edilib.

Smartfon Android 4.4 KitKat platforması ilə işləyir. Qurğunun ölçüləri 129x68.2x8.9 mm, çəkisi 122 qramdır. Cihazın qiyməti və satışa çıxarılma tarixi hələ açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.