Mobil telefon

HTC Desire 526G+ Dual SIM smartfonu göstərildi

30 Yanvar 2015 15:19
0 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tayvanın HTC şirkəti Desire istehsal xəttinə 526G+ Dual SIM modelini əlavə edib. Ucuz aparat güclü prosessor və keyfiyyətli kamera ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, HTC Desire 526G+ Dual SIM modeli 960x540 piksel təsvir ölçülü 4,7 düymlük ekranla təchiz edilib. Prosessorun istehsalçısı naməlumdur.

Aparat, həmçinin 1 QB əməli və 8/16 QB daxili yaddaş, 2000 milliamper/saat tutumunda akkumulyator batareyası, 3G, Wi-Fi b/g/n, Bluetooth 4.0 və GPS simsiz rabitə modulları ilə təchiz edilib.

Əsas kamera 8 meqapiksel matrislidir, işıq diodu işıqlandırıcısı və Full HD formatında video çəkilişi funksiyasına malikdir. Ön 2 meqapiksellik kamerası HD formatında çarxlar çəkə bilir.

Qurğunun ölçüləri 139,8x69,65x9,8 mm, çəkisi 154 qramdır. Qurğuya Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb. Telefon eyni zamanda iki aktiv SİM kart dəstəkləyir.

HTC Desire 526G+ Dual SIM smartfonu Hindistanda təqdim edilib və ilk öncə məhz orada satılacaq. Aparatın satış dəyəri 169 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.