Qurğu 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru və 480x320 təsvir ölçülü 3,5 düymlük ekranla təchiz edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas kamera 8 meqapiksellik təsvir ötürücüsü, ön kamera isə 0,3 meqapiksellik fotomodulla təchiz edilib. Əməli yaddaşın həcmi və daxili yaddaş müvafiq olaraq 1 və 8 QB təşkil edir.
Telefon Bluetooth 4.0, Wi-Fi və LTE simsiz kommunikasiya rabitəsini dəstəkləyir, həmçinin DMB-TV televiziya qəbuledicisinə malikdir.
Qurğunun ölçüləri 118,6×59,4×16,9 mm, çəkisi 138 qr-dır. Akkumulyator batareyasının tutumu 1700 milliamper/saatdır. Aparata Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.
LG Ice Cream Smart smartfonu iki rəngdə (çəhrayı və mavi) əlçatan olacaq. Qiyməti təxminən 280 dollar olacaq.
Milli.Az