Mobil telefon

1 saatda 34 iPhone

28 Yanvar 2015 20:38
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple saytında dərc edilmiş sənədlərə əsasən, şirkət 2014-cü ilin sentyabr-dekabrında 74.5 milyon iPhone smartfonu satıb ki, bu da 2013-cü illə müqayisədə 46 faiz çoxdur.

Ötən il sentyabrın 19-da bazara çıxarılmış iPhone 6 və iPhone 6 Plus smartfonlarının ilk satışları nəticəyə təsir edib. Şirkətin məlumatına görə, hər saatda təxminən 34 min iPhone satılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Appleın rüblük gəlirinin 69 faizi iPhoneun payına düşüb. iPhone smartfonunun orta pərakəndə satış qiyməti 687 dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 50 dollar yüksəkdir.

Eyni zamanda, Appleın maliyyə direktoru Luka Maestri Reuters agentliyinə müsahibədə alma şirkətinin Çində daha çox iPhone smartfonu satdığını təkzib edib. Amma yeni iPhone smartfonlarının Çində populyarlığı şübhəsizdir. Maestri, həmçinin bildirib ki, Apple şirkəti Sinqapur və Braziliyada iPhoneun satış həcmini iki dəfə artırmağa nail olub.

Həmçinin Mac kompüterlərinin satışı artıb: hesabat rübündə şirkət təxminən 5,5 milyon qurğu satıb. 2013-cü ilin müvafiq dövründə bu göstərici 4.8 milyon olub.

Fərdi kompüter bazarının satış həcminin azalmasına baxmayaraq, Apple kompüterlərinin satışı sabit artır.

Ancaq iPad planşetlərinin satış həcmi dördüncü rüb ardıcıl azalır. Apple dekabrın 27-də bitmiş rüb ərzində 21,4 milyon planşet satıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6 milyon daha azdır. Yeni iPad Air 2 və iPad mini 3 qurğularının hesabına şirkət mənfi tendensiyanı aradan qaldırmağa nail olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.