Mobil telefon

Motorola Çini ələ keçirmək istəyir

28 Yanvar 2015 18:11
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çin bazarının gələcək inkişafı üçün nikbin həll kimi Çinin Lenovo Group Ltd şirkətinin Google Incdən 2,9 milyard dollara mobil qurğu istehsalçısı Motorolanın alınmasını hesab etmək olar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Lenovonun üç ay öncə bağladığı razılaşma onu fərdi kompüter istehsalçısından smartfon bazarının Samsung Electronics və Apple Inc. ilə rəqabət aparan iştirakçısına çevirib.

Çin bazarı çox böyükdür və bizim bu bazarda payımız var, lakin biz uğurla bu bazarın bir hissəsini əldə edəcəyimizə inanırıq, - deyə Motorola Mobilitynin prezidenti Rik Osterlox bildirib.

Motorola premium smarfonlar bazarında Apple, Samsung və Xiaomi Inc ilə rəqabət aparacaq. Lenovo bu gün Çində smartfon istehsalına görə ikinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.