Mobil telefon

Avtomobillər üçün Android hazırlanır

21 Dekabr 2014 15:07
0 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google şirkəti Android mobil əməliyyat sisteminin birbaşa avtomobilə quraşdırılacaq versiyasını hazırlamağa başlayıb.

Cari ilin iyununda şirkət Android Auto sistemini təqdim etsə də, proqram avtomobilin multimedia kompleksinin müstəqil əməliyyat sistemi olmayıb. Faktiki Android Auto avtomobil ekranına smartfondakı proqramları - naviqasiya, musiqi, zənglər və bildirişlərin göndərilməsi üçün əlavələri daxil edib. Analoji "Apple CarPlay və Windows in the Car platformalarını bu il Apple və Microsoft şirkətləri də nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin Androidin avtomobillər üçün yeni versiyası smartfonun qoşulmasını tələb etməyəcək. Şirkətin planlarına sistemi bir il ərzində - Android mobil platformasının növbəti versiyası ilə paralel təqdim etmək daxildir.

Potensial baxımdan Android avtomobildə naviqasiya və əyləncəni təmin edən standart sistem ola bilər. Bilavasitə avtomobillə inteqrasiya sürücünü hər dəfə maşını işə saldıqda Google servislərinə uyğun smartfonu qoşmadan və qurğunun akkumulyatorunun boşalması riski olmadan çıxış əldə etməyə imkan verəcək.

Bundan başqa, Google platforması avtomobilin digər komponentlərinə, məsələn, yanacaq səviyyəsi indikatoruna qoşula bilər. Sistem bakdakı yanacağın səviyyəsinin aşağı olduğunu müəyyən etdikdə, quraşdırılmış "Google kartları avtomatik olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə marşrut təklif edəcək.

Bu həll Google üçün də sərfəli ola bilər. Belə ki, şirkət avtomobilin GPS məlumatlarına çıxış əldə edərək istifadəçinin daha çox hansı marşrutlar üzrə hərəkət etməsini, harada dayanmasını və harada yanacaq doldurmasını müəyyənləşdirə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.