Mobil telefon

6 Plus adlı daha bir smartfon satılacaq

19 Dekabr 2014 22:48
0 Şərh     Baxış: 2 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Huawei şirkəti iki əsas kameraya malik "Honor 6 Plus" smartfon modelini təqdim edib.

Pekində nümayiş etdirilən qurğu 8 meqapikselli iki əsas kamera ilə təchiz edilib. Xatırladaq ki, bundan əvvəl iki əsas kameralı smartfonu HTC şirkəti də nümayiş etdirib. HTC və Huaweiin matrisalarda istifadə etdiyi piksellərin ölçüləri də eynidir: 2 mikron müasir smartfonlar üçün yüksək göstərici hesab olunur. Piksel nə qədər böyük olsa, bir o qədər fotoşəkil keyfiyyətli çəkilər. Ön kamera da 8 meqapiksellik təsvir ölçüsünə malikdir ki, bu da şirkətə reklamda 888 şüarından (çinlilər üçün üçqat arzuya ekvivalentdir) istifadəyə imkan verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Honor 6 Plusda fotoşəkillərin redaktəsi funksiyaları arasında fokuslaşdırma nöqtələrinin dəyişdirilməsi, diafraqmanın f/0,95-dən f/16-dək simulyasiyası, eləcə də müxtəlif filtrlərin tətbiqi nəzərdə tutulub.

Korpusu metaldan olan smartfon 1920 x 1080 piksel təsvir ölçülü 5,5 düymlü ekranla təchiz olunub, səkkiznüvəli "Kirin 925 prosessoru ilə işləyir, eləcə də fiziki aktivlik üçün quraşdırılmış I3 həmprosessoruna, 3 giqabitlik operativ və 32 giqabitlik quraşdırılmış yaddaşa, 3600 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Çində Honor 6 Plus iki versiyada təklif olunur. Qiyməti 2000 yuan təşkil edən kiçik versiya 16 giqabitlik yaddaşla təchiz edilib və qara və ağ rənglərdə tədarük edilir, eləcə də "3G şəbəkəsini dəstəkləyir. Dəyəri 2500 yuana bərabər olan böyük model NFC çiplə təchiz edilib, məlumatları dördüncü nəsil TD/FDD-LTE mobil şəbəkəsi (yalnız Çində istifadə olunur) ilə saniyədə 300 meqabit sürətində (Cat 6) ötürməyə imkan verir. Model qara və ağ rənglərlə yanaşı, qızılı rəngdə də tədarük edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.