Mobil telefon

Yeni çinliləri şübhəli bilirlər

20 Dekabr 2014 22:41
0 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinin ən böyük smartfon istehsalçılarından biri olan Coolpad Group şirkətinin səhmləri 15 faiz azalıb. Buna Nuna Palo Alto Networks-un sözügedən şirkətin istehsalı olan qurğuların proqram təminatında boşluq haqda məlumat verməsi səbəb olub. Coolpad şirkətinin kotirovkaları üç ildən çox müddətdə bu qədər azalmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Palo Alto Networks şirkətindən bildirilib ki, Coolpad-in Android platforması ilə işləyən telefonlarına quraşdırılmış əlavə istifadəçilərin fərdi məlumatlarını (məsələn, zənglərin tarixçəsini) Coolpad-in serverlərinə göndərə və telefon sahibinin xəbəri olmadan əlavələri işə salına bilər. Bloomberg nəşri yazır ki, təhlükəsizlik sahəsi üzrə ekspertlər bildiriblər ki, istehsalçı özü zərərli proqram təminatını yaradıb və onu idarə edir.

Canalys analitiklərinin 2014-cü ilin üçüncü rübünə olan məlumatına görə, Coolpad Çin bazarına smartfon tədarükünün həcminə görə dördüncü yeri tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.