Mobil telefon

Böyük qalmaqal: BBC Apple-i suçlayır - FOTO

19 Dekabr 2014 10:44
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyanın və dünyanın ən nüfuzlu media qurumlarından olan BBC ABŞ-ın Apple korporasiyasının Çindəki müəssisələrindəki iş şəraitinin dözülməz olduğunu vurğulayıb.

Hazırda BBC ilə Apple arasında ciddi problemlər yaşanır.
 

Səbəb isə BBC-nin "Panorama" proqramının Apple-in ən yeni smartfon modeli olan iPhone-un Çində istehsal olunduğu müəssisələrdə çalışan yerli işçilərin istismar olunması ilə bağlı iddialardır.
 

Milli.Az The Guardian-a istinadən bildirir ki, "Panorama"nın reportyorları iPhone 6-nın istehsal edildiyi zavodlardan birində fəhlələrin həddən artıq çalışdıqlarını, onların bir çoxunun yorğunluqdan bihal düşərək elə iş yerində yatdıqlarını çəkib.
 

"Panorama" reportyorlarının dediklərinə görə, "Pegatron" şirkətinin Şanxay şəhərinin kənarındakı zavodunun işçiləri sutkada 12 saat işləyirlər.

"Zavod rəhbərliyi bunu iPhone 6 ilə bağlı sifarişlərin çox olması ilə əlaqələndirir. Lakin sifariş çoxluğu və ya istehsal prosesinin intensivliyi heç bir halda işçilərin belə istismarına səbəb olmamalıdır", - "Panorama"ın reportyoru Riçard Bilton deyib.
 

"Pegatron"un sexləri ilə yanaşı, yataqxanaları və yeməkxanalarında da "Panorama" gizli çəkilişlər aparıb.
 

R.Bilton daha sonra bildirib ki, Apple-in sifarişlərini yerinə yetirən "Pegatron" uşaq əməyindən də istifadə edir. Daha doğrusu, uşaqlar istismar olunur və qalay mədənlərində işlədilirlər.
 

"Pegatron"da Apple-in Macbook noutbuklarının istehsal olunduğu sexində isə işçilər sutkada 16 saat işləmək məcburiyyətindədirlər.

Fəhlələrdən biri deyib: "Hər iş günü qurtaranda, yataqxanaya qayıdanda elə yoruluram ki, tərpənmək istəmirəm. Ac olsam belə, durub yemək istəmirəm. Həddən artıq yorulduğum üçün gecələr stressdən yata bilmirəm".
 

"Pegatron" və Apple şirkətləri "Panorama"da səslənən iddiaları qətiyyətlə rədd ediblər.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.