Mobil telefon

Samsung-un da mobil ödəməsi olacaq

18 Dekabr 2014 22:47
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Samsung korporasiyası mobil qurğular üçün öz ödəmə sistemini buraxmağa hazırlaşır. Bu haqda Re/code texnologiya bloqu yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, informasiyaya görə, Samsung layihə çərçivəsində LoopPay daxil olmaqla bir neçə ödəmə xidməti ilə danışıqlar aparır. Hələ heç bir razılıq əldə olunmayıb, amma Cənubi Koreya nəhəngi artıq Apple Paya oxşar xidmətin prototipini yaradıb və 2015-ci ilin birinci yarısında hazır məhsulu işə salmağı planlaşdırır.

Samsung-un həlli bu brendə məxsus smartfon və planşet sahiblərinə mağazalarda nağdsız üsulla alış-veriş etməyə imkan verəcək. Yeni həll haqda ətraflı informasiya yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.