Mobil telefon

Dünyanın ən böyük "selfi"si - FOTO

26 Noyabr 2014 09:43
0 Şərh     Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrup "selfi"sində 1151 hindli iştirak edib

Banqladeşdə mindən çox insan kütləvi "selfi"nin iştirakçısı olub.

Anspress-in "ICTnews"a istinadən məlumatına görə, kütləvi (qrup) "selfi" "Nokia Lumia 730" smartfonunun köməyi ilə çəkilib. Qrup "selfi"sində 1151 hindli iştirak edib, bundan sonra fotoşəkil "Facebook" sosial şəbəkəsində "Microsoft Lumia Bangladesh" səhifəsində dərc edilib. 20 mindən çox istifadəçi fotoşəkli "layk" edib. Fotoşəkil aktiv şərh olunub, qrup "selfi"si üçün yeni termin (qrufi) təklif edilib.

Xatırladaq ki, "Nokia Lumia 730" smartfonu 5 meqapiksellik ön kamera ilə təchiz edilib və "məhz "selfi" üçün yaradılıb" ideyası cihazın şüarıdır.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.