Mobil telefon

Selfi üçün qadağa

25 Noyabr 2014 18:58
1 Şərh     Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Koreya Respublikasının hökuməti selfie çəkilişi üçün ştativlərin satışını qadağan edib. Qadağa onunla bağlıdır ki, qurğularda mobil telefon kamerasının uzaq məsafədən aktivləşdirilməsi üçün istifadə edilən Bluetooth modulları ölkədə lazımı qaydada sertifikatlaşdırılmayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qadağanı pozanları üç ilədək həbs cəzası və ya 30 milyon von (27 min dollar) məbləğində cərimə gözləyir.

Ölkənin Elm Nazirliyi bildirir ki, problem Bluetooth modulun olmasına görə qurğuların rabitə avadanlığı kateqoriyasına aid edilməsi səbəbindən onların satışdan əvvəl elektromaqnit şüalanma səviyyəsi üzrə yoxlanmadan keçməməsi ilə əlaqədardır.

Selfie üçün adi ştativlərin minimal qiyməti 5 dollardan başlayır. Onlardan tez-tez qrup avtoportretlərin yaradılması üçün istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.