Mobil telefon

Eluga I smartfonu göstərildi - FOTO

26 Noyabr 2014 04:11
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Panasonic" şirkəti yeni smartfonların istehsalına davam edir. "Eluga I" modeli Yaponiya şirkətinin yeni həllidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 1280x720 piksel 5 düymlük IPS ekran, 1.3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib və "Android 4.4 KitKat" əməliyyat sistemi quraşdırılıb. 

Telefonda ikirəqəmli kamera quraşdırılıb: əsas kamera 8 meqapiksellik matris, "Full HD" formatında videoçəkiliş funksiyası və işıq diodu işıqlandırıcısına malikdir, əlavə fotomodul isə 2 meqapiksellik təsvir ölçüsünə malikdir.

Bundan başqa, nümayiş etdirilmiş cihazı 1 QB əməli və 8 QB daxili yaddaş (microSD daşıyıcılarının köməyi ilə 32 QB-dək artırmaq olar), "3G HSPA+", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.0" və GPS simsiz rabitə modulları, həmçinin 3,5 mm-lik konnektor və FM radioqəbuledicisi ilə təchiz edilib.

Cihazın ölçüləri 73,6x147,1x9 mm, çəkisi 155 qr təşkil edir. SİM kart üçün iki slot nəzərdə tutulub. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saatdır.

"Panasonic Eluga I" modeli artıq gümüşü və ağ rəngli korpuslarda satılır. Yeni qurğu hələ ki yalnız Hindistanda 178 dollara əlçatandır.

Milli.Az 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.