Mobil telefon

Gorilla Glass daha da möhkəmləndi

23 Noyabr 2014 17:48
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Corning şirkəti 3 milyarddan çox qurğunun ekranını qoruyan Gorilla Glass şüşəsinin yeni nəslini nümayiş etdirib. Şüşənin möhkəmliyi iki dəfə yüksəlib və 80% halda bir metr hündürlükdən asfalt, beton döşəmə kimi sərt səthə düşdükdə sınmayacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sınaq zamanı sərt səth qismində sumbata kağızı istifadə olunub. Corning tədqiqatçılarının 1 metr hündürlükdən tulladığı Gorilla Glass 4 şüşəsi 80% halda sınmayıb. Beləliklə, yeni qoruyucu şüşə üçüncü nəsil Gorilla Glass ilə müqayisədə iki dəfə daha möhkəmdir.

Gorilla Glass qoruyucu şüşəsinin yeni nəsli sələfləri kimi, həmçinin şəffafdır.

Gorilla Glass qoruyucu şüşəsi bütün tip qurğularda (smartfonlar, planşet, noutbuk və sairə) ekranların müdafiəsinə xidmət edir. İstehsalçı Acer, Dell, Hewlett-Packard, HTC, LG, Samsung, Motorola şirkətləri daxil olmaqla 33 böyük brend ilə əməkdaşlıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.