Mobil telefon

Android hələ də iOS-a çata bilmir

23 Noyabr 2014 14:07
0 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Adobe Digital Indexin tədqiqatına əsasən, iOS mobil əməliyyat sistemində Android ilə müqayisədə iki dəfə daha çox mobil tətbiq istifadə olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Adobe Digital Indexin tədqiqatı müxtəlif mobil əməliyyat sistemlərində istifadə edilən təxminən 700 milyon mobil tətbiqi əhatə edir. Toplanılmış məlumatlara əsasən, istifadə edilən mobil tətbiqlərin 65%-i iOS, 34%-i isə Android platformasının payına düşür. Windows Phone, BlackBerry OS və başqa platformaların ümumi payı isə bir faiz təşkil edir.

Bu halda, ötən illə müqayisədə istifadə edilən Android tətbiqlərin payı 80% artıb, halbuki iOS üçün bu göstərici 40% təşkil edib. Gələcəkdə, ola bilsin, Android bu parametr üzrə iOS platformasına çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.