Mobil telefon

Hərbçilərə elektron qurğular yasaqlandı

22 Noyabr 2014 20:28
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The Telegraph nəşri yazır ki, Polşada təlimlərdə iştirak edəcək britaniyalı hərbçilərə rus hakerlərinə görə özləri ilə şəxsi elektron qurğu, həmçinin smartfon və planşet götürmək qadağan edilib. İddialara görə, əks-kəşfiyyat təhlükəsi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Birləşmiş Krallığın xüsusi xidmət orqanları və hərbi kəşfiyyat qurumunun ekspertlərinin fikrincə, şəxsi noutbuk, smartfon və başqa elektron qurğular rus hakerlərinin hədəfinə çevrilə bilər.

Qəzet iddia edir ki, öz üzərində cihaz götürməmək əmrini polkovnik-leytenant Castin Kinqsford verib.

Kinqsford bildirib ki, elektron qurğular olmadan yaxın insanlarla əlaqə saxlamaq daha çətindir, ancaq wi-fi bağlantısız bir neçə həftə faydalı olacaq, çünki biz bir-birimizlə daha sıx ünsiyyət saxlaya biləcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.