Mobil telefon

Motorola DROID Turbo göstərildi

31 Oktyabr 2014 22:22
0 Şərh     Baxış: 2 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Motorola şirkəti qabaqcıl DROID Turbo smartfonunu nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni smartfon Quad HD (2560x1440 piksel) təsvir ölçülü 5,2 düym diaqonallı AMOLED ekran, dördnüvəli Qualcomm Snapdragon 805 prosessoru ilə təchiz edilib. Qurğu Android 4.4.4 platformasının idarəetməsi ilə işləyir.

DROID Turbo smartfonu 3 QB əməli yaddaş və 32-64 QB həcmində daxili yaddaşla təchiz edilib. Smartfonun əsas kamerasının təsvir ölçüsü 21 meqapikseldir və 4K təsvir ölçüsünədək video çəkilişini dəstəkləyir, ön kameranın təsvir ölçüsü 2 Mp təşkil edir.

Yeni qurğu 3900 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz olunub. İstehsalçı bəyan edib ki, nəticədə qurğu qarışıq rejimdə 48 saat avtonom işləyəcək. Bundan başqa, DROID Turbonun 15 dəqiqə enerji toplaması 8 saatlıq iş üçün kifayət edəcək. Modifikasiyadan asılı olaraq, smartfonun arxa qapağı metallaşdırılmış şüşə lif və ya ballistika neylonundan hazırlana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.