Mobil telefon

Çin 4.5G hazırlayır

25 Oktyabr 2014 19:49
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinin Huawei şirkəti GSMA Mobile 360 Series konfransında istifadəyə verilməsi 2016-cı ilə planlaşdırılan 4.5G texnologiyasının inkişaf planını təqdim edib.

Məlumata görə, texnologiyanın bu versiyası mobil rabitəni qiqabitlik sürət dövrünə aparacaq və insanlara həyatı müxtəlif intellektual xidmətlərlə zənginləşdirməyə imkan verəcək rəqəmli rabitənin növbəti mərhələsinin aparıcı qüvvəsi olacaq. Həmçinin 4.5G texnologiyası istifadəçiləri yüksək təsvir ölçüsündə 3D formatlı holoqrafiyalı video xidmətləri ilə təmin edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Huawei şirkətinin simsiz şəbəkələrin inkişafı və tədqiqi bölməsinin prezidenti İn Veymin deyib ki, 4G istifadəçilərə bir-biri ilə sərbəst şəkildə bağlantı yaratmağa, genişzolaqlı mobil internetdən istifadəyə və məlumatları yüksək sürətlə hər yerdə və hər zaman yükləməyə imkan verir. Yaxın iki ildə həyata keçiriləcək 4.5G texnologiyası mövcud 4G texnologiyası ilə müqayisədə daha yüksək sürəti, zəif yubanmanı və təkmilləşdirilmiş funksionallığı dəstəkləyəcək. Bu, həmçinin operatorlar üçün yeni gəlir mənbələri açacaq ki, bunun da genişzolaqlı mobil internet sahəsində biznesə müsbət təsiri olacaq.

4.5G-nin 2016-cı ildə kommersiya istifadəsinə verilməsi nəzərdə tutulur. Huawei tədqiqatlara 3rd Generation Partnership Project - 3GPP (mobil telefoniya üçün texniki xüsusiyyətlər hazırlayan konsorsium) çərçivəsində LTE və LTE-Advanced texnologiyalarının versiyalarının təhlili ilə başlayıb. 4.5G-nin standartlaşdırılması da bu layihəyə daxildir və onun 13/14 3GPP versiyalarında başa çatdırılması gözlənilir.

4.5G texnologiyasının əsas xüsusiyyətlərinə 10 milli saniyə azaldılmış yubanmanın, 6 Qbit/saniyə maksimal yüklənmə sürəti və 1 km² üçün 100 min bağlantının dəstəklənməsi daxildir. Bu, şəbəkə tərtibatçıları qarşısında yeni vəzifələr qoyur, çünki yeni texnologiyalar radio interfeyslərini, tezlikləri və şəbəkə arxitekturasını dəstəkləməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.