Mobil telefon

Bu da GSmart Mika M3 smartfonu

26 Oktyabr 2014 12:14
0 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tayvanın Gigabyte şirkəti yeni GSmart Mika M3 smartfonunu nümayiş etdirib. Əvvəlki modellə müqayisədə yeni aparat daha qabaqcıl şelfi kamera və aşağı tutumlu akkumulyatorla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu 1280x720 piksel təsvir ölçülü 5 düymlük IPS sensor ekran, 1.3 QHs takt tezlikli dördnüvəli çiplə təchiz edilib və cihaza Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.

GSmart Mika M2 aparatı ilə müqayisədə yeni aparatda işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera saxlanılıb, amma ön fotomodul təkmilləşdirilərək 8 meqapiksellik datçiklə təchiz edilib. Batareyanın tutumu 100 milliamper/saat azaldılaraq 1900 olub.

Hər iki GSmart Mika smartfonu 1 QB əməli və 8 QB daxili yaddaş, microSD çıxarılıb taxıla bilən daşıyıcıları üçün slot və HSPA+ modemi ilə təchiz edilib.

Mika M3 qurğusunun ölçüləri 144x70,5x8,3 mm, çəkisi 146 qram təşkil edir.

Gigabyte şirkəti 2014-cü ilin sonunadək GSmart Mika M3 smartfonunun satışlarına başlamağa hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.