Mobil telefon

SMS-spama qarşı nə qədər tolerantsınız? - MÜZAKİRƏ

23 Oktyabr 2014 11:19
4 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu günlərdə Rusiyada "Rabitə haqqında" qanuna dəyişikliklər qüvvəyə mindi. Milli.Az Day.Az saytına istinadən bildirir ki, qanuna əsasən, konkret hüquqi şəxsin adına qeydiyyatdan keçmiş mobil nömrələrdən kütləvi smslər göndərmək qadağan olunur. SMS qəbul edilməsi üçün abonent razılıq verməlidir. 

Rusların sağ əlləri bizim başımıza! 

Anladığınız qədər, qanun artıq bizi də bezdirən reklam mətnlərindən gedir. Kimsə bu reklamlara əhəmiyyət verir, kimsə həmin anda silir. Bəziləri isə bu reklam mətnləri ucbatından artıq mobil telefonlarının sms funksiyasını çoxdan unudub. Gələn hər mesajın reklam olacağını düşünərək heç açmır da. 

Reklam mətnləri gecə saatlarında gələndə daha böyük qıcıq yaradır. Təsəvvür edin, telefonu balışın altına qoymusunuz ki, səhər oyanmağı unutmayasınız. Bu məqamda gurultulu bir sms gəlir və ucuz qiymətə çantalar təklif olunur. Gecənin bir aləmində ucuz qiymətə çanta orta statistik azərbaycanlını düşündürə biləcək ən axırıncı mövzudur. Belə sms də çətin ki, adamların xoşuna gəlsin. 

Bizdə də sms-spam məsələsi çoxdan müzakirə olunur. Nə qədər gileylənsək də, həmin smslər gəlməkdə davam edir. Günü-gündən də sayları artır. 

Əziz oxucular, bəs sizin sms-spamlara münasibətiniz necədir? Azərbaycanda da həmin smsləri qadağan etmək üçün qanun qəbul edilməlidirmi? 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.