Mobil telefon

Google Android və Chrome OS birləşəcək

22 Oktyabr 2014 19:57
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The Wall Street Journal nəşri yazır ki, Google mobil və masaüstü əməliyyat sistemlərini birləşdirmək istəyir.

Nəşrin məlumatına görə, Androidin hazırlanması üzrə vitse-prezident Xiroşi Lokhaymer Chrome OS əməliyyat sistemi ilə bağlı suallara cavab verən komandaya rəhbərlik edib. Android, Chrome və Google Apps üzrə baş vitse-prezident Sandar Piçai onun birbaşa rəhbəri olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, jurnalistlərin fikrincə, Chrome OS və Androidə Lokhaymer tərəfindən eyni zamanda kuratorluq edilməsi iki platformanın sürətli inteqrasiyasından xəbər verə bilər.

Google-un Direktorlar şurasının sədri Erik Şmidt Chrome OS və Androidin mümkün birləşməsi haqda şayiələri bir neçə dəfə təkzib edərək deyib ki, bu əməliyyat sistemləri bəzi oxşarlıqlarına baxmayaraq, müxtəlif işləri icra edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.