Mobil telefon

Ruslar yeni Skype yaradırlar

22 Oktyabr 2014 18:33
1 Şərh     Baxış: 1 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rostelekom marşrutizasiya qaydalarını pozmadan işləyən messencerin yaradılması üzrə tender elan edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Rostelekom Skypeın analoqu olacaq bu messencerin hazırlanmasını nəzərdə tutan müqavilənin qiymətinin maksimum 73 milyon rubl təşkil edəcəyini bildirib.

Operator bu VoIP-servisi 2015-ci ilin birinci yarısında istifadəyə vermək niyyətindədir.

Artıq Technoserv, CTI, Teligent və Inlain Telecom Solutions şirkətləri tenderdə iştirak üçün müraciət ediblər.

Tenderin nəticələri noyabrın 6-da elan ediləcək.

İstifadəçilər telefon abunəçiləri ilə əlaqə saxlamaq üçün real telefon nömrəsi alacaqlar və planşetdən mobil və şəhər nömrələrə zəng edə biləcəklər. Xidmətə şəhər telefonunun nömrəsini də əlavə etmək və onu mobil nömrə kimi istifadə etmək olar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.