Mobil telefon

Möhkəm LTE telefonu satılacaq

22 Oktyabr 2014 23:20
0 Şərh     Baxış: 1 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın Kyocera elektronika istehsalçısı Torque XT adlı yeni smartfonunu nümayiş etdirib. Qurğu yüksək müdafiə dərəcəsinə malikdir ki, bu da qurğudan ekstremal şəraitdə istifadəyə imkan verir.

Kyocera TorqueXT modeli IP67 (30 dəqiqə müddətində suya enmə) və MIL-STD-810G standartları üzrə sertifikatlaşdırılıb. Sonuncu standart telefonun toz, su, hündürlükdən düşməsi, maksimal və minimal temperaturlara qarşı dayanıqlı olmasından xəbər verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparat 800x480 piksel təsvir ölçülü 4 düymlük IPS ekranla təchiz edilib. Ekran cızıqlara qarşı dayanıqlıdır.

Qurğunun 1,2 QHs takt tezlikli ikinüvəli Qualcomm Snapdragon MSM8960 prosessoru, 1 QB əməli və 20 QB fləş yaddaş, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, NFC, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0 və LTE simsiz rabitə modulları ilə təchiz edilib.

İstehsalçı iddia edir ki, smartfon danışıq rejimində 18,5 saat avtonom işləyə bilər. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir.

Möhkəm korpusa malik Kyocera Torque XT smartfonu ABŞ bazarında satışa çıxarılıb. Qurğunun pərakəndə qiyməti 360 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.