Mobil telefon

iPhone 6 üçün yeni Skype göstərildi

18 Oktyabr 2014 22:02
0 Şərh     Baxış: 2 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft şirkəti Skype 5.6-nın iPhone 6 və iPhone 6 Plusu dəstəkləyən relizini anons edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki smartfon müxtəlif ölçülərə malikdir, müvafiq olaraq 1334x750 piksel və 1920x1080 pikseldir, buna görə də tərtibatçılar vahid həll yaratmaq üzərində çox çalışıblar.

iOS üçün Skype həmişəki kimi iPhone 4-ü və köhnə iPad-ı dəstəkləyir. Lakin bu il yeni iPhone 6 buraxıldıqdan sonra komanda yeni iki qurğu üçün əlavəni optimallaşdırmaq tələb olduğu ilə bağlı qərara gəlib.

Bu, artıq Skype-ın yaxşılaşdırılmış və yenilənmiş iOS 8-i nəzərə almaqla buraxılmış ikinci relizidir, belə ki, bu versiyada istifadəçilərin şikayət etdiyi səhvlər düzəldilib.

Skype hazırda Apple şirkətinin bütün aktual smartfonlarının ölçülərini dəstəkləyir, yəni həm iPhone 4-də həm də iPhone 6 Plusda əsas versiya kimi görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.