Mobil telefon

Android-in yeni variantı göstərildi

16 Oktyabr 2014 22:24
0 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google şirkəti Android 5.0 mobil platformasının yekun versiyasını təqdim edib. Yeni versiya Lollipop (Nabat) kod adına malikdir. Bu haqda şirkətin Android və Chrome üzrə vitse-prezidenti Sundar Piçai Google-un rəsmi bloqunda yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Google ənənəsini davam etdirərək Androidin yeni versiyasını əlifba sırası üzrə şirniyyat adı ilə adlandırıb; Android 4.4 versiyası KitKat adlandırılıb. Elanla əlaqədar Google-un kampusunda yeni nəhəng nabat heykəli inşa ediləcək. Android 5.0 versiyası artıq platformanın 13-cü, amma Sundar Piçainin rəhbərliyi altında hazırlanmış birinci relizdir.

Lollipop gün ərzində istifadəçinin müxtəlif ekranlı bir çox müxtəlif qurğularla (smartfon və planşetlərdən televizorlara qədər) qarşılıqlı əlaqəsi üçün nəzərdə tutulub. Lollipop platformasında işi yarımçıq saxladığınız yerdən davam etdirmək daha da sadələşdirilib - Google-dan bildirilib.

Bundan başqa, şirkətdən əmin ediblər ki, Lollipop platforması qurğu üzərində güclü nəzarəti təmin edir.

Daxil olan zənglər tətbiqlərdən istifadəni və ya videoya baxışı dayandırmayacaq; istifadəçi zəngə cavab verə və ya işini davam etdirə bilər.

Lollipop platforması bir qurğuda bir neçə istifadəçi hesabı və qonaq giriş rejimi yaratmağa imkan verir. Android 5.0 platforması ilə işləyən qurğunu blokdan çıxarmaq üçün PIN-kod, parol, jest və ya smartfonu etibarlı qurğuya (məsələn, ağıllı saat və ya avtomobil) qoşmaq üsullarından istifadə etmək olar.

Android 5.0 Lollipop mobil əməliyyat sistemi yaxın həftələr ərzində istifadəçilərə əlçatan olacaq. Bu platformanı birinci Nexus 4 və 5 smartfonları, Nexus 7 və 10 planşetlərinin sahibləri quraşdıra biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.