Mobil telefon

BBC iPhone-a 200 min funt xərcləyib

14 Oktyabr 2014 21:39
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Britaniyanın büdcədən maliyyələşdirilən BBC (British Broadcasting Corporation) yayım şirkəti üç il ərzində 783 əməkdaşın iPhone smartfon modelindən istifadəyə öyrədilməsinə 220 min funt-sterlinq sərf edib. Bu barədə Daily Mail nəşri məlumat verib.

Bu barədə məlumat açıqlanandan sonra çoxları bu məbləğdə vəsaitin xərclənməsini başa düşməyib. Vergiödəyiciləri Alyansının rəhbəri Endi Silvestr BBC tərəfindən geniş yayılmış qurğudan istifadənin öyrənilməsinə böyük məbləğdə vəsaitin sərf olunmasından çox təəccüblənib. O qeyd edib ki, iPhonedan istifadəni bütün yeniyetmələr bacarır. Bu səbəbdən peşəkarlar da bunu edə bilər, - alyans rəhbəri vurğulayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yayım şirkətinin nümayəndələri bəyan ediblər ki, qurğular yalnız iş üçün lazım olan əməkdaşlara ayrılır.

Son iki ildə BBC Apple şirkətinin qurğularından istifadəyə üstünlük verir və əməkdaşlar üçün 4266 iPhone smartfon modelinin, 427 iPad planşet kompüterinin və 815 Mac masaüstü kompüterinin alınmasına 2,5 milyon funt-sterlinq xərcləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.