Mobil telefon

Huawei X3: əla smartfon

1 Oktyabr 2014 21:14
0 Şərh     Baxış: 2 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Huawei Technologies şirkəti yeni X3 smartfonunu nümayiş etdirib. Yeni aparat səkkiznüvəli çiplə təchiz edilib və LTE Cat 6 şəbəkəsini dəstəkləyir. Çin şirkətinin iddiasına görə, bazarda mövcud heç bir telefonda belə funksional tandem yoxdur.

Huawei X3 modeli 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas kamera 13 meqapikseldir, foto işıqlandırıcı əlavə edilib və f/2.0 diafraqmasına malikdir. Selfi və videozənglər üçün 5 meqapiksellik ön fotomodul quraşdırılıb. Şəkillərin sürətli korreksiyası üçün xüsusi proqram təminatı nəzərdə tutulub.

Cihaz 3100 milliamper/saat tutumlu akkumulyatorun köməyi ilə şarj toplayır. İstehsalçılar danışıq rejimində avtonom iş vaxtının 16 saat olduğunu bildirirlər. Aparat xüsusi enerjiyə qənaət edən rejimə malikdir, belə ki, batareyada enerji ehtiyatı 10%-dək azalarsa, smartfon şarj toplamadan 24 saat işləyə bilər.

Huawei X3 smartfonu saniyədə 300 Mbit-dək yükləmə sürətinə malik LTE Cat.6 şəbəkəsini dəstəkləyir. Dəstəklənən kommunikasiyaların siyahısında, həmçinin Wi-Fi 802.11a/b/g/n, Bluetooth 4.0 və GPS/QLONASS var. Aparata Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.

Smartfonun satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.