Mobil telefon

Apple-in rəhbərləri səhmləri niyə satır?

30 Sentyabr 2014 21:14
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Barron's maliyyə bloqu yazır ki, Appleın baş direktoru Tim Kuk daxil olmaqla, top-menecerlər şirkətin 143 milyon dollar məbləğində səhmini satıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Tim Kuk 35,25 milyon dollar dəyərində 348 mindən çox səhm, marketinq üzrə vitse-prezident Fil Şiller 35,26 milyon dollar dəyərində 349 min səhm, maliyyə direktoru Luka Maestri 1,6 milyon dollar dəyərində 16.37 min səhm satıblar.

Bundan başqa, Appleın əməliyyatlar üzrə vitse-prezidenti Ceffri Uilyams 35,23 milyon dollar dəyərində 349 min səhm, şirkətin əsas hüquqşünası Bryus Syuell 35,39 milyon dollar məbləğində 349 min səhm satıb.

Səhmlər 5-22 sentyabr tarixlərində satılıb. Sentyabrın 2-də səhmlərin qiyməti rekord - 103,74 dollar təşkil edib. Bundan sonra səhmlərin dəyəri sentyabrın 24-də iOS 8 yeniləməsi və iPhone 6 Plus smartfonunun deformasiyası ilə bağlı problemlər fonunda 3,5% azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.