Mobil telefon

iCloud daha yaxşı qorunur

20 Sentyabr 2014 18:11
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkəti iCloud veb-xidmətlərinə (poçt, kontaktlar, təqvim, qeyd və başqaları) giriş üçün iki mərhələli identifikasiya funksiyasını əlavə edib.

Loqin və paroldan başqa, PIN kodu daxil etmək lazımdır. Sonuncu SMS şəklində göndərilir və Apple ID identifikatoru ilə əlaqəli iPhone smartfonunun ekranında göstərilir. i-qurğu istehsalçısı yüzlərlə hollivud ulduzunun açıq-saçıq fotoşəkillərinin internetə sızması ilə bağlı qalmaqala belə reaksiya verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iki mərhələli identifikasiya iyundan iCloud xidmətində işə salınıb, amma naməlum səbəblərdən tezliklə deaktiv edilib. İndi hesablara müdaxilə ehtimalını minimallaşdırmaq üçün Apple, həmçinin istifadəçilərə elektron məktub və ya push-xəbərdarlıq etməyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.