Mobil telefon

iPhone 6 10 ölkədə satılmağa başlandı

19 Sentyabr 2014 19:16
2 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkəti bu gün dünyanın on ölkəsində yeni iPhone 6 və iPhone 6 Plus smartfonlarının rəsmi satışlarına start verib. Bu haqda Appleın saytında yazılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğular Apple Store mağazalarında və ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyadakı səlahiyyətli pərakəndə satış mağazalarında satışa çıxarılacaq.

Birinci dalğaya daxil olan on ölkədə alıcılar sentyabrın 12-dən yeni iPhone smartfonu üçün ilkin sifariş etmək imkanına malik olublar. Appleın məlumatına görə, birinci gün yeni smartfonlar üçün 4 milyon sifariş edilib ki, bu da şirkət üçün rekord təşkil edir. ABŞ-da iPhone 6 smartfonu müqavilə ilə 199 dollar, müqaviləsiz 649 dollar, iPhone 6 Plusda isə müvafiq olaraq 299 və 749 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.