Mobil telefon

Telefon almaq üçün sevgilisini icarəyə verdi - FOTO

18 Sentyabr 2014 21:47
1 Şərh     Baxış: 2 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Apple korporasiyasının istehsalı olan iPhone 6 smartfonunu almaq üçün çinli tələbə sevgilisini "icarə"yə verirmiş. O, müştərilərdən sevgilisi ilə keçirəcəkləri vaxtın hər saatı üçün 10 yuandan 500 yuanadək pul istəyirmiş.
 

Tələbənin sevgilisini icarəyə verdiyini yazdığı plakatı əlində tutduğu fotolar Çindəki Weibo mikrobloqinq servisində yayılıb.
 

Milli.Az South China Morning Post-a istinadən bildirir ki, çinli tələbənin dediyinə görə, sevgilisi bu işə könüllü razılaşıb.
 

Verəcəyi pulun müqabilində müştəri smartfon almağa pul yığmağa çalışan tələbənin sevgilisi ilə nahar etmək, əylənmək, hətta görüşə çıxmaq imkanı əldə edirdi.

"Lakin yatağa girmək istisnadır", - tələbə deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.