Mobil telefon

iPhone-nunuz var? Hazırlaşın...

17 Sentyabr 2014 14:22
0 Şərh     Baxış: 2 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün "Apple" şirkətinin mobil qurğularının istifadəçiləri üçün "iOS 8" əməliyyat sistemi əlçatan olacaq. Bu haqda "Apple"ın saytında yazılıb.

"iPhone 4S", "iPad 2", "iPad mini", 5-ci nəsil "iPod Touch" və sonrakı modellərin sahibləri öz qurğularını yeniləyə biləcəklər. Sentyabrın 19-da "birinci dalğa" ölkələrində satışa çıxarılacaq "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarına öncədən "iOS 8" platforması quraşdırılacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni platformanı quraşdırmaq istəyən istifadəçilərə məlumatların saxlanılması haqda düşünmək pis olmaz. Bundan başqa, əmin olmaq lazımdır ki, platformanın quraşdırılması üçün qurğuda ən azı 1 QB boş disk yeri var.

Nəhayət, yeniləmək imkanı haqda qurğuya bildiriş gəldikdə, cihazı enerjiyə qoymaq və "Wi-Fi" şəbəkəsinə qoşmaq lazımdır.

Yeni platformada dizaynda köklü yenilik olmayacaq. Amma "Apple" şirkəti istifadəçilərin rahat mesajlaşması üçün "iOS 8" platformasında bir sıra dəyişikliklər edib. Məsələn, "QuickType" sürətli mətn yığımı və fotoşəkil, videomesaj və səs yazılarının "iMessages" vasitəsilə göndərilməsi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.