Mobil telefon

Apple Kanadaya görə üzr istədi

16 Sentyabr 2014 20:56
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cümə günü yeni iPhone 6 smartfonuna əvvəlcədən sifariş vermək qərarına gələn Kanada sakinləri ABŞ-ın Apple şirkətinin saytında yerləşdirilən ölkə xəritəsindəki səhvlərdən şoka düşüblər. Bu səhv bütün milli telekanallarda xəbər buraxılışlarının başlıca mövzularından biri olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple şirkətinin versiyasına əsasən, ölkə paytaxtı Ottava yerini Ontario gölünün sahilinə dəyişib, Kanadanın burada yerləşən nəhəng Toronto şəhəri Ottavanın yerini eyniadlı çayın sahilində (hər iki şəhər Ontario əyalətində yerləşir) tutub. Edmonton şimal-qərbdə yerləşmək əvəzinə, şimal-şərqdə Kalqari şəhərinin yerində göstərilib. Apple xəritəsində Kvebek-Siti şəhəri əsasən fransızdilli sakinlərin yaşadığı Kvebek əyaləti kimi, Vankuver adası (Britaniya Kolumbiyası əyaləti) isə materikə birləşdirilmiş şəkildə qeyd olunub.

ABŞ şirkətinin nümayəndələri baş verən səhvə hələ ki münasibət bildirməyiblər.

Məlumat üçün bildirək ki, sentyabrın 9-da Apple Kupertino şəhərində (Kaliforniya ştatı) keçirilən mətbuat konfransında kompüter funksiyalı yeni iWatch saatını, eləcə də qabaqcıl iPhone 6 və iPhone 6 Plus smartfon modellərini təqdim edib.

Sentyabrın 12-dən ABŞ və Kanadada smartfonlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. Appleın yeni qurğuları Kanada mağazalarına sentyabrın 19-da saat 08:00-da çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.