Mobil telefon

Vestel smartfon buraxacaq

14 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Televizor və məişət texnikası istehsalçısı Vestel Group smartfon bazarına çıxıb. Türkiyə şirkəti telefon biznesini ən böyük gəlir mənbəyinə çevirməyi planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sentyabrın 10-da başa çatmış IFA 2014 sərgisində Vestel iki smartfonunu nümayiş etdirib: 5 düymlük Venus X və 5,5 düymlük Venus V. Daha böyük cihaz 13 meqapiksellik kamera, 16 QB daxili yaddaş, 4G LTE və NFC simsiz rabitə modulları ilə təchiz edilib.

Avropa sakinləri sentyabrın 22-dən etibarən bu modellərə sahiblənə biləcəklər. Venus X smartfonu təxminən 300 dollar, Venus V isə 410 dollar olacaq.

Vestel Groupun direktoru Turan Ərdoğan bildirib ki, 2017-ci ilədək şirkət ümumilikdə 3 milyon ağıllı telefon tədarük etməyə hazırlaşır. 5-Top-menecer deyib ki, 5-6 il sonra smartfonların satışı televiziya ilə müqayisədə daha gəlirli biznesə çevriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.