Mobil telefon

Cəmi 1 faiz

14 Sentyabr 2014 14:00
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ovum analitik şirkətinin 2014-cü ilin ikinci rübünə olan məlumatına görə, dünyada LTE şəbəkəsi abunəçilərinin sayı 280 milyon təşkil edib ki, bu da mobil rabitə şəbəkələrinə qoşulmaların (7 milyard) ümumi sayının 4 faizinə bərabərdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, LTE texnologiyası üzrə qoşulmaların 45 faizi Şimali Amerikanın, 36 faizi Asiya-Sakit okean regionunun, 13 faizi Qərbi Avropanın payına düşüb.

Ovumun baş analitiki Kristin Paulin sözlərinə görə, hazırda LTE şəbəkəsi dünyanın 100-dən çox ölkəsində quraşdırılıb və bu sayın artacağı gözlənilir. Belə ki, ilin sonunadək 30 mobil rabitə operatoru 4G rabitəsi xidmətlərini göstərməyə başlamağı planlaşdırır.

O, daha sonra əlavə edib ki, LTE bazarında sürətli artım tədricən zəifləyir. 2012-2013-cü illərdə LTE abunəçi bazası 179 faiz artıb, 2013-2014-cü illərdə isə onun 95 faiz artaraq 386 milyon abunəçiyə çatacağı gözlənilir.

ABI Research tədqiqat şirkətinin proqnozlarına görə, 2019-cu ildə LTE xidməti abunəçilərinin sayı 2 milyardı ötməklə auditoriyanın ortaillik artım tempi 43 faiz təşkil edəcək. Bu müsbət dinamikaya daha çox töhfəni artımın yarısını təmin edəcək Asiya-Sakit okean regionu verəcək. Təxminən 19 faiz Şimali Amerikanın payına düşəcək.

Ovumun son hesabatında deyilir ki, cari ilin ikinci rübündə Şimali Amerika LTE abunəçilərinin sayı 15 milyon artaraq 127 milyona çatıb. Mobil rabitələrə qoşulmaların hər üçüncüsü LTE texnologiyası əsasında həyata keçirilir.

ABŞ və Kanada bu standartlı 49 kommersiya şəbəkəsinin quraşdırıldığı iri LTE bazarıdır. Yerli əhalinin 36 faizə yaxını 4G servisindən istifadə edir ki, bu da dünyada ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, Qərbi Avropada LTE-nin nüfuzetmə səviyyəsi 8 faiz, Asiya-Sakit okean regionunda 3 faiz təşkil edir. Ümumdünya göstəricisi isə 1 faizə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.